Sabiq “Real”lının yeni ünvanı bəlli olub
14.01.2025 - 12:18

Kolumbiya millisinin və “Real Madrid”in sabiq futbolçusu Xames Rodriqezin yeni ünvanı bəlli olub.
Apasport.az xəbər verir ki, “Rayo Vallekano” ilə müqaviləsinə xitam verilən ulduz oyunçu karyerasını Meksikada davam etdirəcək.
Meksika Liqası komandalarından “Klub Leon” 33 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.
Razılaşmaya əsasən, Xames ilinə 2 milyon dollar maaş alacaq.
Qeyd edək ki, futbolçu karyerası ərzində “Real Madrid”, “Bavariya”, “Everton” və “Olimpiakos” kimi klubların şərəfini qoruyub.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO
0
0