Sabiq “Yunayted”li Meksika klubunda - RƏSMİ
13.09.2025 - 11:55
Sabiq “Yunayted”li Meksika klubunda - RƏSMİ

AEK-də çıxış edən "Mançester Yunayted"in sabiq üzvü Antoni Marsial karyerasını Meksikada davam etdirəcək.

Apasport.az xəbər verir ki, 29 yaşlı futbolçu “Monterrey”ə transfer olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, forvardla 2+1 illik müqavilə imzalanıb. "Monterrey" bu keçid üçün Yunanıstan təmsilçisinə 3,85 milyon avro ödəyib.

Qeyd edək ki, Fransa millisinin üzvü olan Marsial indiyədək “Lion”, “Monako”, “Mançester Yunayted” və “Sevilya” kimi klublarda da çıxış edib.