Sabiq “Yuventus”lu Premyer Liqada çıxış edə bilər
10.04.2025 - 00:33
Sabiq “Yuventus”lu Premyer Liqada çıxış edə bilər

İtaliya A Seriyası təmsilçilərindən "Fiorentina"nın hücumçusu Moyze Kin İngiltərə Premyer Liqasına qayıda bilər.

Apasport.az xəbər verir ki, italiyalı futbolçunu "Nyukasl Yunayted" transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

25 yaşlı forvardın A Seriyası klubu ilə müqaviləsində 52 milyon avroluq sərbəstqalma maddəsi yer alır.

Xatırladaq ki, "Fiorentina" Mozye Kini mövsümün əvvəlində "Yuventus"dan transfer edib.

Qeyd edək ki, İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 22 qol, 3 assistlə yadda qalıb.