Fənərbaxçada prezident seçkiləri davam edir.
Apasport.az xəbər verir ki, namizədlərdən Hakan Safi çıxışı zamanı italiyalı mütəxəssis Antonio Konte ilə anlaşma əldə etdiyini açıqlayıb.
Safi seçkidə qalib gələcəyi halda komandanın baş məşqçi postunu Konteyə həvalə etməyi planlaşdırır.
Namizədin dediyinə görə, tərəflər prinsipial razılığa gəlib və italiyalı mütəxəssis görüş üçün İstanbulda olub.
Bundan əvvəl yayılan xəbərlərdə Hakan Safinin Conteyə 2 illik müqavilə və illik 15 milyon avro maaş təklif etdiyi bildirilirdi.
Qeyd edək ki, 56 yaşlı Antonio Konte karyerası ərzində "Yuventus" , "Çelsi", "İnter" və "Tottenhem" kimi komandalara rəhbərlik edib. O, son olaraq "Napoli"də çalışıb.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat