"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Əl-Nəsr" misirli vingerin xidmətində maraqlıdır.
Bu barədə "Mirror" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, ərəblər Salaha həftəlik 1,2 milyon funt-sterlinq maaş təklif etməyi planlaşdırır. Bu isə 33 yaşlı oyunçunun İngiltərə klubunda aldığı məvacibdən 3 dəfə çoxdur.
Qeyd efək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA