Salah Runinin rekorduna çatır
21.10.2024 - 10:57
Salah Runinin rekorduna çatır

"Liverpul"un hücumçusu Muhammed Salah Ueyn Runinin Premyer Liqa rekordunu təkrarlamağa yaxındır.

Apasport.az "Opta"ya istinadla xəbər verir ki, Salah 34-cü dəfədir ki, eyni matçda həm qol, həm də məhsuldar ötürmə ilə fərqlənib.

32 yaşlı hücumçu buna "Çelsi" ilə matçda (2:1) 1 qol, 1 ötürmə ilə nail olub. 

Tarixdə yalnız bir oyunçu bu uğuru daha çox təkrar edib  - "Mançester Yunayted"in və "Everton"un keçmiş hücumçusu Ueyn Runi (36).

Qeyd edək ki, Salah cari İngiltərə çempionatında 8 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

0