Saliba da sıradan çıxdı
24.03.2026 - 17:58
Saliba da sıradan çıxdı

Fransa millisində ciddi itki yaşanıb.

Apasport.az xəbər verir ki, "Arsenal"ın müdafiəçisi Vilyam Saliba sıradan çıxıb. 

Futbolçuya baldır nahiyəsində zədə diaqnozu qoyulub. O, milli komandanın heyətindən çıxarılıb.

Didye Deşam onun yerinə Maksens Lakruanı komandaya dəvət edib. 

Qeyd edək ki, Fransa seçməsi martın 26-da Braziliya ilə, 29-da isə Kolumbiya ilə üz-üzə gələcək.