Sanço İtaliya nəhənginin hədəfində
17.06.2025 - 09:33
"Mançester Yunayted"in vingeri Ceydon Sanço "Napoli"nin maraq dairəsinə düşüb.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 25 yaşlı futbolçu ilə "Napoli" maraqlanır.
İtaliya çempionu artıq onun transferi üzərində işləyir.
Xatırladaq ki, ingilis futbolçu son mövsümü icarə əsasında "Çelsi"də keçirib. Müqavilədə satınalma maddəsi olsa da, "mavilər" transferdən imtina edərək, "qırmızı şeytanlar"a təzminat ödədilər.
"Transfermarkt" portalı futbolçunun dəyərini 28 milyon avro olaraq qiymətləndirib.
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0