Sane İngiltərə klubuna keçə bilər
08.10.2024 - 12:36
Sane İngiltərə klubuna keçə bilər

“Bavariya”nın futbolçusu Leroy Sane karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, Premyer Liqanın bir neçə klubu alman vingerlə maraqlanır.

Sanenin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.

İngiltərə klubları gələn yay onu azad agent kimi heyətinə qatmaq istəyir.

Qeyd edək ki, 28 yaşlı oyunçu bu mövsüm Bundesliqada 2 matçda meydana çıxıb.

0