Saşa Boey rəsmən “Qalatasaray”da
05.02.2026 - 20:48
“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “sarı-qırmızılılar” “Bavariya”nın formasını geyinən Saşa Boeyi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı sağ cinah müdafiəçisi mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.
Razılaşmaya əsasən, “Qalatasaray” bu keçid üçün Bundesliqa klubuna 500 min avro ödəyib. Fransalı futbolçu mövsümün qalan hissəsi üçün Super Liqa təmsilçisindən 1,75 milyon avro məvacib alacaq.
- İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
- “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir
- “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi
- “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı
- Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı
0
0