Savinyo rəsmən "Tottenhem"də
25.08.2026 - 13:23
“Mançester Siti”nin futbolçusu Savinyo Premyer Liqada klubunu dəyişib.
Apasport.az xəbər verir ki, braziliyalı hücumçu “Tottenhem”ə transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London təmsilçisi 22 yaşlı oyunçu üçün "şəhərlilər"ə 85 milyon funt sterlinq ödəyib.
Qeyd edək ki, Savinyo ötən mövsüm “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasında 24 matçda meydana çıxıb. Braziliyalı futbolçu bu görüşlərdə 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
- Arda Turandan “Fənərbaxça”ya mesaj: “Geri çəkilməyəcəyik”
0
0