
"Səbail"in kapitanı Yusif Nəbiyev apasport.az saytına müsahibə verib.
- "Səbail" son turda "Zirə" ilə qarşılaşdı və evdə uduzdu. Bununla da Premyer Liqadakı yerinizi qoruya bilmədiniz. Hazırda komanda daxilində atmosfer necədir?
- Bəli, təəssüf ki, Premyer Liqadakı yerimizi itirdik. Atmosferə gəldikdə, əlbəttə, məyusuq. Zamanı geri qaytarmaq olmur. Təəssüf ki, belə alındı. Gələcəyə ümidlə baxmağa çalışırıq.
- "Zirə" ilə matçda qələbə qazanmağa da yaxın idiniz. Amma alınmadı. Sizcə, nəyə görə həmin görüşdə lazım olan qalibiyyət qolunu vura bilmədiniz?
- Doğrudur, epizodlarımız oldu, qol vurmağa yaxın idik. Amma reallıq odur ki, sonda "Zirə"yə uduzduq. Qol fürsətlərindən istifadə edə bilməməyimizin səbəbi? Məncə, soyuqqanlılıq çatmadı. Yoxsa, çox yaxşı epizodlar yaratmışdıq.
- Ümumiyyətlə, "Səbail"in son görüşləri pis təsir bağışlamırdı. Amma epizodları dəyərləndirə bilmirdi. Burada keyfiyyət, təzyiq, yoxsa tələskənlik var idi? Sizcə, "Səbail"in Premyer Liqadan düşməsinə əsas səbəb nə idi?
- Məncə, oyun baxımından son turlarda yaxşı futbol nümayiş etdirirdik. Sadəcə istədiyimiz nəticələr yox idi. Bunun da səbəbi fikrimcə, keyfiyyət idi. Elə son vuruşları qola çevirə bilmirdik. Halbuki nə qədər epizodlar yaradırdıq. Bilirsiz, təzyiq amilini də bura aid etmək olar. Onun da öz təsirini görmək olardı.
- Son tura qədər möcüzə olacağına inanırdınız? Qalib gəlsəydiniz, artıq "Kəpəz"i yox, "Sumqayıt"ı üstələmək şansınız olacaqdı...
- Əlbəttə ki, ümidimiz var idi. Sona qədər inanırdıq ki, vəziyyətdən çıxacağıq. Amma alınmadı. Təəssüf ki, həmin durumdan çıxa bilmədik.
- Yəqin ki, qarşıdakı iki tura motivasiyalı çıxmaq çətin olacaq. "Neftçi" və "Sumqayıt"la görüşlər qalıb...
- Bəli, qarşıda iki oyunumuz qalıb. Bu iki matça çıxıb, normal şəkildə oyunumuzu keçirməliyik. "Səbail"in Premyer Liqada son iki qarşılaşması olduğu üçün bir qədər motivasiya toplayıb layiqli şəkildə oynamağa çalışacağıq.
- "Səbail" Birinci Liqaya gedir, oradan geri qayıda biləcəyinizə inanırsınız?
- Allah qoysa, siz deyən kimi olar. Komanda elə Premyer Liqaya geri qayıtmaq üçün oynayar. Amma gələcək barəsində nəsə demək çətindir. İndi qarşıda iki oyunumuz var. O matçları uğurlu keçirməyə fokuslanmışıq.
- "Fənərbaxça"da gözlənilməz qərar: 10-a yaxın futbolçu ilə yollar ayrılır
- “Qarabağ”ın məşqçisi UEFA kursunda təlimatçı kimi çıxış edib
- “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- "Arsenal"ın müdafiəçisi italyanların radarına düşüb