Selçuk İnan istefa verib
10.05.2025 - 16:57
Türkiyənin "Qaziantep" klubunun baş məşqçisi Selçuk İnan istefa verib.
Apasport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssisin öz istəyi ilə müqaviləsinin ləğv olunduğu bildirilib.
Qeyd edək ki, Selçuk İnan ötən ilin mart ayında "Qaziantep"in baş məşqçisi təyin olunmuşdu. Komanda hazırda Super Liqada 35 turdan sonra 42 xalla 12-ci pillədə qərarlaşıb.
- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”
0
0