Sergen Yalçının acı günü: Qardaşı vəfat etdi
05.02.2025 - 18:51
Son olaraq Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor"un baş məşqçiliyi etmiş Sergen Yalçına ağır itki üz verib.
Apsport.az xəbər verir ki, təcrübəli mütəxəssisin qardaşı Gürsoy Yalçın vəfat edib.
Uzun müddətdir xəstəlikdən əziyyət çəkən və müalicəsi reanimasiyada davam edən Gürsoy Yalçın bu gün həyata gözlərini yumub.
Qeyd edək ki, Sergen Yalçın daha əvvəl məhz qardaşının müalicəsinə vaxt ayırdığı üçün "Beşiktaş"dan gələn təklifi rədd etmişdi.
- İngiltərənin üç klubu Arda ilə maraqlanır
- Domeniko Tedesko: "Mən heç vaxt bu vəziyyətə görə ağlamaram"
- Türkiyə - Rumıniya matçının keçiriləcəyi stadion müəyyənləşib
- "Real" – "Mançester Siti" qarşılaşması bu kanalda
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
0
0