Seriya A klubu Konteyə təklif hazırlayır
02.04.2024 - 10:57
Seriya A klubu Konteyə təklif hazırlayır

Seriya A komandası olan "Napoli" Antonio Konteni baş məşqçi təyin etmək niyyətindədir.

Apasport.az xəbər verir ki, 2022/23 çempionat mövsümünün sonunda Luçano Spalletti neapolluları tərk etdi və onu əvəz etmək hələ də mümkün olmayıb.

"Napoli"nin prezidenti Aurelio De Laurentis Antonio Konte üçün təklif hazırlayır. Klub rəhbəri hesab edir ki, məşhur məşqçi komandanı əvvəlki vəziyyətinə qaytara biləcək.

Antonio Konte 2023-cü lin martında "Tottenhem"lə yollarını ayırdıqdan sonra heç yerdə işləməyib. İtaliyalı mütəxəssisə "Bavariya" və "Yuventus"un da marağı olduğu bildirilir.

0