“Sevilya”nın futbolçusu Almaniya yolunda
10.08.2025 - 18:25

“Bayer 04” heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub Loik Bade ilə yaxından maraqlanır.
Almaniya təmsilçisi fransalı üçün “Sevilya”ya təklif göndərib.
Tərəflər arasında danışıqlar prosesi davam edir.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi ötən mövsüm “Sevilya”da 33 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0