“Sevilya”nın müdafiəçisi Bundesliqa klubunda - RƏSMİ
21.08.2025 - 20:24

"Bayer" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "qara-qırmızılar" "Sevilya"dan Loin Badeni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Bayer" fransalı müdafiəçisi üçün İspaniya klubuna 25 milyon avro ödəyəccək. 25 yaşlı futbolçu ilə beş illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fransa millisinin üzvü ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmmi matçda 1 qol və 1 assistlə yadda qalıb.
0
0