Silva mövsümün sonunda "Çelsi"ni tərk edəcək
29.04.2024 - 14:52
Silva mövsümün sonunda "Çelsi"ni tərk edəcək

"Çelsi"nin mərkəz müdafiəçisi Tiaqo Silva cari mövsümün sonunda komandasını tərk edəcək.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, klub yayda müqaviləsi başa çatacaq 39 yaşlı braziliyalı ilə yollarını ayıracaq.

Xatırladaq ki, Silva 4 mövsüm boyunca "Çelsi"nin formasını geyinib. Mərkəz müdafiəçisi 2020-ci ilin yayında PSJ-dən azad agent kimi komandaya qoşulub.

0