Simyone Modriçi "Atletiko"ya dəvət edib
06.02.2024 - 18:27
Simyone Modriçi "Atletiko"ya dəvət edib

"Luka, gəl, bizə qoşul. "Atletiko"da oyna!"

Apasport.az xəbər verir ki, bu sözləri "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simyone deyib.

38 yaşlı xorvatiyalı futbolçunun "Real"la müqaviləsi bu yay başa çatır. Mətbuatın yazdığına görə, oyunçunun Səudiyyə Ərəbistanına gedə və ya karyerasını bitirə bilər.

Qeyd edək ki, bu mövsüm Luka Modriç bütün turnirlərdə 26 matçda meydana çıxıb, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

0