“Siti” və “Arsenal” 1/8 finalda
25.09.2025 - 01:34

İngiltərə Liqa Kubokunda 1/16 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, bu gün 4 oyun keçirilib.
“Mançester Siti” səfərdə III Liqa təmsilçisi “Haddersfild”i 2:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
“Arsenal” da eyni nəticə ilə “Port Veyl” üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
İngiltərə Liqa Kuboku
1/16 final
22:45. "Haddersfild" - "Mançester Siti" 0:2
22:45. "Nyukasl" - "Bredford Siti" 4:1 22:45. "Tottenhem" - "Donkaster" 3:0
22:45. "Port Veyl" - "Arsenal" 0:2
0
0