“Siti”dən daha bir antirekord
28.11.2024 - 16:50
“Siti”dən daha bir antirekord

İngiltərə Premyer Liqa klublarından “Mançester Siti” Çempionlar Liqasında antirekorda imza atıb.

Apasport.az xəbər verir ki, “şəhərlilər” Çempionlar Liqasının 5-ci turunda “Feyenoord”la 3:3 hesablı heç-heçəyə razı olub.

Bu nəticə ilə “Siti” turnirin tarixində bir matçın 75-ci dəqiqəsinə 3 top fərqlə irəlidə girib, həmin oyunu qazana bilməyən ilk komanda olub.

Qeyd edək ki, “Mançester Siti” 5 oyundan sonra 8 xalla Çempionlar Liqasında 17-ci sırada qərarlaşıb.

0