"Sivasspor" Manayın yerinə onu düşünür
22.08.2024 - 12:25
Aparıcı futbolçularından biri Rey Manayla yollarını ayırmağa hazırlaşan "Sivasspor" alternativ axtarışındadır.
Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisi "Selta Viqo"dan ayrılan Qonçalo Pasiensia ilə əlaqə yaradıb.
30 yaşlı portuqal hücumçudan tələb və şərtləri soruşulub. Onunla "Vitoria" və "Partizan" klubları da maraqlanır.
Qeyd edək ki, karyerası ərzində "Portu", "Olimpiakos", "Frankfurt", "Şalke" kimi komandalarda oynamış forvard 273 rəsmi matçında 58 qol vurub, 24 məhsuldar ötürmə verib.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0