Soboslainin Ardaya cavabı gecikmədi - FOTO
24.03.2025 - 13:21

Dünən Türkiyə yığması Millətlər Liqasının pley-off mərhələsində Macarıstanla qarşılaşıb.
Apasport.az xəbər verir ki, Arda Gülerin Dominik Soboslaiyə etdiyi jest matçdan sonra gündəm olub.
"Real"ın futbolçusu rəqibə "sus" işarəsi edib.
Dominik Soboslainin Arda Gülerə cavabı isə gecikməyib. O, matçdan sonra həmin anın fotosunu sosial mediada paylaşan bir səhifənin rəy bölməsinə "1088" yazıb.
Bu rəqəm türkiyəli yarımmüdafiəçinin bu mövsüm "Real"da oynadığı dəqiqə sayıdır.
Qeyd edək ki, görüş "ay-ulduzlular"ın qələbəsi ilə nəticələnib - 3:0.
1
0