Şotlandiyalı vinger Super Liqa klubuna keçib
15.01.2026 - 21:52
Şotlandiyalı vinger Super Liqa klubuna keçib

Türkiyə Super Liqası təmsilçisi "Rizespor" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Vesterlo"dan Adedire Mebudeni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 21 yaşlı şotlandiyalı vingerlə 4,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mebude cari mövsümün ilk hissəsində "Vesterlo"nun heyətində 13 rəsmi matçda iştirak edib və 2 qolla yadda qalıb.