"Sportinq" evdə "Benfika"nı məğlub etdi
07.04.2024 - 09:46
"Sportinq" evdə "Benfika"nı məğlub etdi

Portuqaliya çempionatının 28-ci turu çərçivəsində "Sportinq" doğma meydanda "Benfika"nı qəbul edib.

Apasport.az xəbər verir ki, komandalar arasındakı görüş "Sportinq"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk dəqiqələrdə "Sportinq"in yarımmüdafiəçisi Jeni Katamo hesabı açıb. İlk hissənin sonunda "Benfika"nın müdafiəçisi Aleksandr Baxın başla zərbəsi dəqiq alınıb. Katamo ikinci hissədə dubla imza ataraq komandasına 3 xalı qazandırıb. 

Qeyd edək ki, "Sportinq" 71 xalla turnir cədvəlinə liderlik edir. "Benfika" isə liderdən 4 xal geri qalır. 

 

0