Sterlinqin yeni klubu BƏLLİ OLUB
13.02.2026 - 09:16
Ötən ay “Çelsi” ilə müqaviləsinə xitam verən Rahim Sterlinqin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, “Feyenoord” 31 yaşlı vingeri heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin sabiq üzvü ilə cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Sterlinq karyerası ərzində “Liverpul”, “Mançester Siti” və “Arsenal” kimi klubların şərəfini qoruyub.
0
0