"Sumqayıt"dan ayrıldı - KİPR KLUBUNA KEÇDİ
08.08.2025 - 13:05
"Sumqayıt"dan ayrılan Momo Yansanenin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 28 yaşlı hücumçu Kiprin "Omoniya Aradippu" klubuna transfer olunub.
Bu barədə Kipr təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, forvardla bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Momo Yansane ötən mövsümün ikinci yarısını "Sumqayıt"da keçirib. O, 16 rəsmi oyunda 1 qol vurub.
- "Mançester Siti" və "Çelsi" 16 yaşlı vinger üçün yarışırlar
- "Napoli" də "Qarabağ"la oyuna görə cərimələnib
- "Atletik" "Qarabağ"la oyunda azarkeşlərin davranışına görə cəzalandırılıb
- Almaniya millisinin sabiq üzvü faciəvi şəkildə həlak olub
- “Barselona” mərkəz müdafiəçisi axtarışındadır: üç namizəd var
0
0