Super Liqa: “Fənər”dən Mourinyoya ad günü hədiyyəsi
26.01.2025 - 22:07
Türkiyə Super Liqasının XXI turunun oyunları davam edir.
Apasport.az xəbər verir ki, gecənin son matçında “Fənərbaxça” “Göztəpə”ni qonaq edib.
Meydan sahibləri ilk hissəni məğlub başa vursalar da, 2-ci hissəni öz lehinə çevirməyi bacarıb.
Görüş “sarı-lacivərdlilər”in 3:2 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, bu gün İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyonun doğum günüdür.
Türkiyə Super Liqası
XXI tur
20:00. “Fənərbaxça” – “Göztəpə” – 3:2
Qollar: Xuan, 25, Miroşi, 82, Yusif En-Nesri, 46, 53, Oğuz Aydın, 55
0
0