Super Liqada klubunu dəyişdi - RƏSMİ
14.08.2026 - 13:37
"Beşiktaş"la yollarını ayıran Salih Uçanın yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi “Gənclərbirliyi” ilə anlaşıb.
Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 32 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Salih Uçan karyerası ərzində “Fənərbaxça”, “Roma”, “Empoli”, “Alanyaspor” və “Başakşehir”in formalarını geyinib.
Təcrübəli futbolçu Türkiyə millisində də 3 oyun keçirib.
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
0
0