Super Liqada mövsümün ilk istefası - RƏSMİ
18.08.2025 - 22:17
Türkiyə Super Liqasında mövsümün ilk baş məşqçi istefası gerçəkləşib.
Apasport.az xəbər verir ki, "Qaziantep" İsmet Taşdemirlə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Komanda I turda "Qalatasaray"a (0:3), II turda isə "Konyaspor"a (0:3) uduzub.
Qeyd edək ki, İsmet Taşdemir mövsümün əvvəlində "Qaziantep"in baş məşqçisi postuna təyin olunmuşdu.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0