Futbol tarixinin ən böyük əzəli rəqibləri sayılan Kriştiano Ronaldo və Lionel Messi ilə bağlı maraqlı maraqlı statistik məlumat yayılıb.
Apasport.az saytı xəbər verir ki, adıçəkilən superulduzların forma nömrələri olan 7 və 10 başqa məqamla da tarixə yazılıb.
Məsələ burasındır ki, Ronaldo Portuqaliya millisi ilə ilk titulunu 2016-cı il iyulun 10-da Avropa çempionu olmaqla, Messi isə Argentina yığmasının heyətində birinci kubokunu 2021-ci il yenə iyulun 10-da Amerika Kubokunun başı üzərinə qaldırmaqla qazanıb. Yəni hər iki oyunçu 5 illik fasilə ilə də olsa, 10-u 7-ci ayda yığmada zəfər əldə edib.
Qeyd edək ki, Kriştiano Ronaldo “Mançester Yunayted”də, Lionel Messi isə PSJ-də çıxış edir.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”