Tedesko açıqladı: Mert və Musaba AL-in heyətində olmayacaq
06.02.2026 - 01:19
Tedesko açıqladı: Mert və Musaba AL-in heyətində olmayacaq

“Fənərbaxça” Türkiyə Kubokunun III turunda “Ərzurumspor”u 3:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Domeniko Tedesko oyundan sonra keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib:

“Mert Günok və Entoni Musaba UEFA Avropa Liqasının heyətində yer almayacaqlar. Bu məsələni hər iki oyunçuya izah etmişəm. Onlar da bunu çox peşəkar şəkildə qarşıladılar. Musaba dedi ki, "liqa və kubok oyunları üçün hər zaman hazıram".

Qeyd edək ki, hər iki futbolçu qış transfer pəncərəsində “Fənərbaxça”ya transfer olunub.