Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) Ersin Destanoğlu və Necip Uysal haqqında tətbiq edilən inzibati tədbirlərin ləğvinə qərar verib.
Apasport.az xəbər verir ki, qurumun yaydığı açıqlamaya əsasən, 12 noyabr 2025-ci il tarixində keçirilən 26 saylı iclasda hər iki futbolçu barəsindəki intizam işləri müzakirə olunub.
Bildirilib ki, Ersin Destanoğluna “mərc oyunlarına görə” verilmiş inzibati tənbehə dair vəsatət və təqdim edilən sənədlər nəzərə alınaraq, tədbir ləğv olunub və proses məhkəmədə davam etdiriləcək.
Eyni zamanda, “mərc oyunları” ilə əlaqədar olaraq Necip Uysal barəsində verilmiş inzibati tənbeh qərarına xitam verilməsinə dair vəsatət təmin edilib. Bu halda da inzibati tədbir qüvvədən düşüb və işə məhkəmə mərhələsində baxılmağa davam ediləcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA