TFF israilli futbolçunu UEFA-ya şikayət edib
05.12.2024 - 16:57
TFF israilli futbolçunu UEFA-ya şikayət edib

Türkiyə Futbol Federasiyası “Beşiktaş” – “Makkabi” oyunundakı hərəkətinə görə Qavriel Kanişovskini UEFA-ya şikayət edib.

Apasport.az xəbər verir ki, “Makkabi”nin ilk qolunu vuran Qavriel sevincini qeyd etmək üçün İsrail bayrağını göstərərək hərbi salam verib.

Türkiyə Futbol Federasiyası bu səbəblə futbolçunu və "Makkabi"ni UEFA-ya şikayət edib. 

Xatırladaq ki, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Fransa ilə qarşılaşan (2:0) Türkiyə millisinin futbolçuları qol sevinci zamanı əsgər salamı verdiyi üçün TFF 50000 avro cərimələnmişdi. 

Qeyd edək ki, Avropa Liqasının V həftəsində Macarıstanda baş tutan “Beşiktaş” – “Makkabi” görüşü İsrail təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

0