TFF Merih Demiralın diskvalifikasiyasını təkzib edib
04.07.2024 - 23:25
TFF Merih Demiralın diskvalifikasiyasını təkzib edib

Türkiyə yığmasının futbolçusu Merih Demiral 2 oyun diskvalifikasiya olunması xəbəri təsdiqlənməyib.

Apasport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası rəsmi açıqlama ilə bu informasiyanı təkzib verib.

Almaniya mətbuatında Merihin 1/8 finalın Avstriya (2:1) ilə qarşılaşmasında "bozqurd" işarəsi nümayiş etdirdiyinə görə cəzalandığı xəbəri yayılıb. Amma TFF bu məlumatın doğru olmadığını bildirib.

Qeyd edək ki, Demiral Avstriya ilə görüşdə komandanın hər iki qolunun müəllifi olub.

0