TFF "Trabzonspor" və "Beşiktaş"ın əcnəbi hakim tələbinə müsbət yanaşır
26.02.2025 - 14:35
"Qalatasaray" - "Fənərbaxça" matçında ədaləti qoruyan Slavko Vinçiçin performansından məmnun qalan Türkiyə Futbol Federasiyası bundan sonrakı derbilərdə də əcnəbi hakimlərə şans verəcək.
Apasport.az yerli mediaya istinadən xəbər verir ki, Slavko Vinçiçlə bərabər daha bir neçə əcnəbi hakim Türkiyədə keçiriləcək derbi matçlarında ədaləti qoruyacaq.
Türkiyə Futbol Federasiyası əcnəbi hakimlərə hər oyun üçün 3600 avro ödəyəcək.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" derbisindən sonra "Trabzonspor" və "Beşiktaş" da oynayacaqları derbiləri Slavko Vinçiçin idarə etməsini istəmişdi.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0