Torres bir ay yaşıl meydanlardan uzaq qala bilər
01.02.2024 - 00:02
Torres bir ay yaşıl meydanlardan uzaq qala bilər

"Barselona"da ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, Ferran Torres La Liqanın 20-ci turunun "Almeriya" ilə oyununda zədələnib.

O, bu səbəbdən bir ayı buraxa bilər. Həkimlər Ferranın bud əzələsinin yırtılmasından şübhələnirlər. 

Qeyd edək ki, hücumçu tezliklə tibbi müayinədən keçəcək.

0