“Totenhem” Emersonla yolları ayıra bilər
03.04.2024 - 17:34
“Totenhem” Emersonla yolları ayıra bilər

İngiltərə Premyer Liqa təmsilçisi “Totenhem” yayda sağ cinah müdafiəçisi ilə yollarını ayıra bilər. 

Apasport.az “Football Insider”ə istinadən xəbər verir ki, klub rəhbərliyi braziliyalını satmağı planlaşdırır.

“Transfermarkt” portalı futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.

25 yaşlı futbolçu əvvəllər "Barselona"da çıxış edib, lakin komandada möhkəmlənə bilməyib. 

Qeyd edək ki, Emerson bu mövsüm İngiltərə Premyer Liqasında 18 oyunda 1 qol vurub.

0