"Tottenhem" Akanji üçün "Mançester Siti" ilə təmasa keçib
29.08.2025 - 17:07
Premyer Liqa təmsilçisi "Tottenhem" "Mançester Siti"nin müdafiəçisi Manuel Akanji ilə yaxından maraqlanır.
Apasport.az xəbər verir ki, London təmsilçisi "Qalatasaray"ın şəxsi şərtlərdə razılıq əldə edə bilmədiyi isveçrəli oyunçunu rənglərinə bağlamaq istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
30 yaşlı futbolçu üçün mübarizə aparan klubların arasında A Seriyası təmsilçisi "Milan" da var.\
"Şəhərlilər" 15 milyon funt sterlinq məbləğində olan təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, 2022-ci ilin yayından "Mançester Siti"nin şərəfini qoruyur.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0