PSJ müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisinin əsas hədəfi "Tottenhem"in kapitanı Kristian Romerodur.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, argentinalı futbolçu Londonda xoşbəxt deyil və klubdan ayrılmaq istəyir. PSJ 27 yaşlı mərkəz müdafiəçisi üçün İngiltərə klubuna 90 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, "Tottenhem" Kristian Romeronu 2022-ci ilin yayında "Atalanta"dan 52 milyon avroya transfer edib. Argentina millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"