Totti karyerasını bitirdi - Menecerliyə başladı
29.07.2025 - 13:11
Françesko Tottinin oğlu Kristian Totti karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, o, 19 yaşında peşəkar futbolla vidalaşıb.
Bunu gənc oyunçunun özü açıqlayıb.
O, bu qərarda sosial mediada məruz qaldığı təzyiqin rol oynadığını bildirib. Həmçinin Kristian atasının soyadını daşımağın ağırlığına tab gətirə bilmədiyini söyləyib.
Əfsanəvi futbolçunun oğlu karyerasını menecer kimi davam etdirəcək. O, atasının qurduğu Totti Futbol Akademiyasında fəaliyyət göstərəcək.
Qeyd edək ki, Kristian "Roma"nın U-17 ve U-18 komandalarında, həmçinin "Frosinone" klubunda çıxış edib.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0