Xəbər verdiyimiz kimi, Mehmet Türkmen Türkiyə Super Liqasının 30-cu həftəsində keçiriləcək "Fənərbaxça" - "Trabzonspor" matçına baş hakim təyin edilib.
Apasport.az xəbər verir ki, Qara dəniz təmsilçisi bu təyinatdan razı deyil. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb:
"Bir tərəfdən qatı "Fənərbaxça" azarkeşi, bir tərəfdən də Mourinyo fanatı olan Mehmet Türkmen şüurlu şəkildə bu həftə oynayacağımız matça təyinat alıb. Joze Mourinyo onun haqqında "ən sevdiyim hakim" ifadəsini işlədib. Bu təyinat öncədən düşünülmüş və planlanmış əməliyyatdır. Həftəsonu baş tutacaq qarşılaşma üçün əcnəbi hakim tələb edirdik, amma müraciətimiz cavabsız qalıb. "Trabzonspor" bu ölkənin futbol vicdanıdır. Haqsızlığa və ədalətsizliyə baş əyməyəcəyik".
Qeyd edək ki, aprelin 6-da baş tutacaq "Fənərbaxça" - "Trabzonspor" oyunu saat 20:00-da start götürəcək.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir