"Trabzonspor" "Fənərbaxça"nın sabiq müdafiəçisi ilə maraqlanır
02.07.2024 - 15:50
"Trabzonspor" "Fənərbaxça"nın sabiq müdafiəçisi ilə maraqlanır

Super Liqa təmsilçilərindən "Trabzonspor" müdafiəsini gücləndirmək üçün çalışmalar aparır.

Sportlife.az xəbər verir ki, Qaradəniz təmsilçisi sabiq "Fənərbaxça"lı Attila Salai ilə maraqlanır. Bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb. 

Salai ötən ilin yayında "Fənərbaxça"dan "Hoffenhaym"a transfer olub. Əsas heyətdə möhkəmlənə bilməyən macar müdafiəçi mövsümün ikinci yarısını icarə əsasında "Frayburq"da keçirdib.

Attila Salai əvvəlki mövsümdə "Hoffenhaym" və "Frayburq"un heyətində cəmi 8 matçda meydana çıxıb.

0