"Trabzonspor" - "Qalatasaray" matçının hakimi açıqlanıb
08.05.2025 - 13:26
"Trabzonspor" - "Qalatasaray" matçının hakimi açıqlanıb

Türkiyə Super Liqasının 35-ci turunda keçiriləcək qarşılaşmaların hakimləri bəlli olub. 

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. 

Turun əsas qarşılaşmalarından "Trabzonspor" - "Qalatasaray" matçını Atilla Karaoğlanın idarə edəcəyi bildirilib.

Qeyd edək ki, "Trabzonspor" - "Qalatasaray" görüşü mayın 10-u saat 20:00-da start götürəcək.