!["Trabzonspor" "Yuventus"u məğlub etdi, "Atalanta" ilə rəqib oldu](https://apasport.az/storage/news/2025/february/15/big/67b02df54a6e567b02df54a6e6173959934967b02df54a6db67b02df54a6e4.jpg)
UEFA Gənclər Liqasında "Yuventus"u məğlub edərək 1/8 finala vəsiqə qazanan "Trabzonspor"un rəqibi bəlli olub.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Qara dəniz təmsilçisinin 19 yaşadək futbolçulardan ibarət komandasının rəqibi yenə İtaliya klubu olub.
"Trabzonspor" - "Atalanta" matçı nə vaxtdır?
Türklər bu mərhələdə "Atalanta" ilə üz-üzə gələcək. Bir matç üsulu ilə keçiriləcək görüş martın 4-ü və ya 5-i Trabzonda oynanılacaq.
"Trabzonspor"un 1/4 finalda potensial rəqibi
"Trabzonspor" “Atalanta”nı mübarizədən kənarlaşdırsa, 1/4 finalda “Bavariya” – “İnter” matçının qalibi ilə qarşılaşacaq.
"Trabzonspor" - "Yuventus" matçı
Qeyd edək ki, Türkiyə təmsilçisi "Yuventus"u 1:0 hesabı ilə məğlub etmişdi.