"Trabzonspor"un futbolçusu "Anderlext"ə keçib
21.01.2026 - 17:56
"Trabzonspor" ötən ilin yanvarında heyətinə cəlb etdiyi Danilo Sikanla yolları ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ukrayna millisinin üzvü karyerasını Belçikanın "Anderlext" klubunda davam etdirəcək. 24 yaşlı forvardla müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Sikan bu mövsüm "Trabzonspor"da 16 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0