“Türk futbolunu bu həddə çatdıranlar utanacaqlar”
25.12.2023 - 11:57
“Türk futbolunu bu həddə çatdıranlar utanacaqlar”

Türkiyə Super Liqasında növbəti derbi baş tutub.

Apasport.az xəbər verir ki, “Fənərbaxça” və “Qalatasaray” arasında qolsuz sülhlə bitən görüşdən sonra tərəflər ittiham dolu paylaşımlarla diqqət mərkəzinə düşüb.

"Qalatasaray" derbidə gözü göyərən argentinalı futbolçusu Mauro İkardi ilə bağlı paylaşım edib. Bir fotonun yer aldığı paylaşımda “Yalnız özləri üçün ədalət istəyənlər bu gecə hər kanaldan türk futbolunu manipulyasiyaya davam etdilər. Biz Hakimlər komitəsinin, VAR otağının və 26 kameranın görə bilmədiklərini paylaşırıq və yenə də onların adından utanırıq. Ümid edirik ki, bir gün türk futbolunu bu həddə çatdıranlar utanacaqlar...”.

Bu paylaşıma "Fənərbaxça"dan reaksiya dərhal gəlib. “Sarı-lacivərtlilər” "Qalatasaray"ın paylaşımından sitat gətirib: "Qapı dirəyinə dəyən futbolçunun vasitəsilə".

Edin Dzeko məşhur jurnalist Fabritsio Romanonun İkardi ilə paylaşımına cavab verib: "O, sadəcə dirəyə dəydi, amma buna penalti deyib ağladılar... Tipik onlar... Bu utancvericidir. Ciddi ol Fabritsio, sən ondan daha yaxşısan".
 

0