Türkiyə Kubokunda maraqlı an: İkardi penaltini iki dəfə qaçırdı - VİDEO
13.01.2026 - 22:22
Türkiyə Kubokunda maraqlı an: İkardi penaltini iki dəfə qaçırdı  - VİDEO

Türkiyə Kubokunda II turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, A qrupunda “Qalatasaray” səfərdə III Liqa təmsilçisi “Fethiyespor”la qarşılaşır.

Gərgin keçən oyunda maraqlı hadisə yaşanıb.

Belə ki, görüşün 37-ci dəqiqəsində hakim ev sahiblərinin qapısına on bir metrlik cərimə zərbəsi təyin edib. Lakin “sarı-qırmızılılar”ın hücumçusu Mauro İkardi penaltini iki dəfə dəqiq yerinə yetirə bilməyib. Bundan sonra argentinalı forvard rəqib qapıçının əlini sıxıb.

Qeyd edək ki, ilk hissəsi başa çatan qarşılaşmada hesab açılmayıb – 0:0.