Türkiyə millisinin heyətində ciddi itki
24.03.2026 - 00:16
Türkiyə millisinin heyətində ciddi itki

Türkiyə milli komandası DÇ-2026-nın pley-off oyunu öncəsi ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, "Midyullann"ın hücumçusu Aral Şimşir sıradan çıxıb.

Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçunun sağ bud əzələsində zədə aşkarlanıb.

O, bu səbəbdən milli komandanın heyətindən çıxarılıb.

Qeyd edək ki, Türkiyə seçməsi martın 26-da Rumıniya yığması ilə üz-üzə gələcək.