FİFA lisenziyalı hakim Halil Umut Meler Çempionlar Liqasının 6-cı həftəsində keçirilən "Şaxtyor Donetsk" - "Bavariya" matçını idarə edib.
Apasport.az xəbər verir ki, türkiyəli hakimin verdiyi qərarlar gecəyə damğa vurub.
Belə ki, matçın 66-cı dəqiqəsində "Bavariya"nın futbolçusu Musiala küncdən zərbə ilə fərqlənib. Alman nəhəngi qolu qeyd edərkən, Halil Umut Meler qapıçıya faul edildiyini əsas gətirərək qolu ləğv edib.
"Bavariya" cəbhəsi bir müddət Melerin qərarına etiraz etdi.
Bu epizoddan 2 dəqiqə sonra Saşa Boey cərimə meydançası xəttində müdaxilə nəticəsində yerdə qalıb. Halil Umut Meler penalti fitini çalıb.
Qeyd edək ki, qarşılaşma 5:1 "Bavariya"nın xeyrinə bitib.